xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr edilmiş ustad dərsi
Azərbaycanın xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin tədqiqatçıları, tanınmış Vurğunşünas alimlər – filologiya üzrə fəlsəfə doktoru, dosent , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy Gəncə Dövlət Universitetində ustad dərsi keçib. Məruzəçilər Səməd Vurğunun yaradıcılığı haqqında ətraflı danışıblar.
GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxış edərək ustad dərsin əhəmiyyətindən bəhs edib.
Böyük şairin 120 illiyinə həsr olunmuş ustad dərsi Filologiya ixtisasının tələbələri və akademik heyət tərəfindən maraqla dinlənilib.
Dərsin sonunda tələbələrin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






