xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr edilmiş ustad dərsi
Azərbaycanın xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin yorulmaz tədqiqatçıları, tanınmış Vurğunşünas alimlər – filologiya üzrə fəlsəfə doktoru, dosent , AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoyun 19 may 2026-cı il tarixdə Gəncə Dövlət Univetsitetində böyük şairin120 illiynə həsr olunmuş “Səməd Vurğun irsinin tədqiqi məsələləri” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Filologiya və xarici dillər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tələbələri və akademik heyətində, ümumən dinləyicilərdə sonsuz diqqət və maraq, xoş təəssüratlar doğurdu. Ustad dərsində hər iki natiq Səməd Vurğunun çoxşaxəli, məhsuldar ədəbi yaradıcılığının və ictimai fəaliyyətinin ən müxtəlif məqamlarına dair fikir və mülahizələrini bölüşdülər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






