Gəncə Dövlət Universitetinin əməkdaşlarından ibarət komanda birinci yerə çıxıb

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələri arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib.

28 May -Müstəqillik Gününə həsr edilən idman yarışında Gəncə Dövlət Universitetinin əməkdaşlardan ibarət stolüstü tennis idman növü üzrə komanda bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıb. Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının komandası ikinci yeri və Azərbaycan Texnologiya Universitetinin komandası isə üçüncü yeri tutub.

Sonda Gəncə Dövlət Universitetinin qalib əməkdaşları kubok, diplom və medalla mükafatlandırılıblar.