“İnsan hüquqlarının qorunması” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində “İnsan hüquqlarının qorunması” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

   Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  çıxışında bildirib ki,   1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib və bu mühüm hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqları Günü” kimi rəsmiləşdirilib. O da diqqətə çatdırılıb ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsini təsdiqləyib. Konstitusiyanın əsası birbaşa insan hüquqları və azadlıqlarının təmin olunmasına yönəlib. Bu, dövlətin hüquqi və demokratik əsaslarda formalaşmasının mühüm mərhələsi olmaqla yanaşı, bütün digər qanunverici və icraedici fəaliyyətlər üçün əsas istiqamətverici sənəd rolunu oynayır.

  Tədbirdə Tarix və Coğrafiya fakültəsinin dekanı  Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri Etibar  Musayev, Sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Quliyev, eləcə də ikinci kurs  tələbəsi Səbuhi  Atakişiyev mövzu ətrafında çıxış ediblər.