Gəncə Dövlət Universitetinin mühafizə polisləri ilə görüş keçirilib

2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Təhlükəsizlik Xidmətinin rəisi Xəqani Umudov və mühafizə polisləri ilə görüş keçirib. Rektor onları peşə bayramı münasibətilə təbrik edərək, məsuliyyətli işlərində uğurlar arzulayıb.

Görüşdə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyi, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığı bildirilib. O da qeyd olunub ki, dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar nəticəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

Görüş iştirakçıları onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti