DIRNA layihəsi çərçivəsində onlayn görüş təşkil edilib

29 sentyabr 2025-ci il tarixində Xəzər Universitetinin Kitabxana Məlumat Mərkəzinin direktor müavini Aytac Misgərlinin moderatorluğu ilə bütün tərəfdaş universitetlərin iştirakı ilə DIRNA layihəsi çərçivəsində onlayn görüş keçirilib.

Görüş zamanı Xəzər Universitetinin Kompüter Elmləri kafedrasının müəllimi Hafiz Məhəmməd Əzim Əkrəm layihə çərçivəsində yaradılmış RIMS platforması haqqında ətraflı məlumat verib.

Hafiz Məhəmməd Əzim Əkrəm RIMS sisteminin funksional imkanlarını izah edib, sistemin tərəfdaş universitet administratorları tərəfindən müstəqil idarə olunmasını vurğulayıb və profillərin düzgün doldurulmasının vacibliyini qeyd edib.

O, həmçinin istifadəçi fəaliyyəti və tədqiqat nəticələri ilə bağlı statistikanı təqdim edib. Platforma tərəfdaş universitetlər tərəfindən böyük maraqla qarşılanıb. Xarici tərəfdaş universitet nümayəndələri Gültəkin Gürdal, Anna Tozzi və Kati Klements öz tövsiyələrini bölüşüb.

Gələn ay daha bir onlayn görüşün keçirilməsi planlaşdırılıb.