Kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə
Gəncə Dövlət Universitetində aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə
ELAN EDİR:
Kafedralar üzrə boş olan vəzifələr:
- Menecment və turizm işi – professor, 1 yer
- Azərbaycan və dünya ədəbiyyatı – dosent, 1 yer, 0.75 şt.
- Fizika – dosent, 2 yer, 0.75 şt.
- İnformatika və cəbr – baş müəllim, 1 yer
- İdarəetmə – baş müəllim, 1 yer
- Leksika və ölkəşünaslıq – baş müəllim, 1 yer
- Ümumi texniki fənlər və texnologiya – baş müəllim, 2 yer
- İqtisadiyyat – müəllim, 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 05.02.2018-ci il tarixli F-100 saylı əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması» Qaydalarına və 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrində professor–müəllim vəzifələrinin tutulması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən 1 ay müddətində qəbul edilir.
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 429.
Gəncə Dövlət Universiteti, əsas bina (I)
Telefon: (022) 266-01-89

