magistrlik dissertasiyasının ilkin müdafiəsi keçirilir

2025-2026-cı tədris ilinin may ayı ərzində Gəncə Dövlət Univertsitetinin ixtisas kafedralarında magistrlik dissertasiyasının ilkin müdafiəsi nəzərdə tutulmuşdur. İlkin müdafiəni Magistratura şöbəsi təşkil etmişdir. 18 may 2026-cı il tarixində Riyaziyyat müəllimliyi (Riyaziyyatın tədrisi metodikası və metodologiyası), Riyaziyyat (Riyazi analiz, Diferensial tənliklər, Həndəsə, Cəbr və topologiya), Kompüter elmləri (İnformatika, Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı) ixtisaslarında ilkin müdafiə keçirilmişdir.

İlkin müdafiədə Magistratura şöbəsinin müdiri dos.E.Yaqubov, şöbənin müdir müavini f.f.d.S.Cəfərova, Riyazi analiz kafedrasını müdir əvəzi dos. T.Məmmədov, Ümumi riyaziyyat kafedrasının müdiri dos.S.Zeynallı, İnformatika və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov və dissertasiya rəhbərləri iştirak etmişdir.

İlkin müdafiədə magistrantların işlədiyi dissertasiya işlərinə baxılmış, nöqsan və çatışmazlıqlar birlikdə müzakirə edilmişdir.

Hər bir magistr tələbəsinə ayrı-ayrılıqda tövsiyələr verilmiş, gələcək işlərində uğurlar arzulamışlar.