Gəncə Dövlət Universitetində şəhid Elşən Abdullayevin xatirəsi anılıb
5 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika kafedrasının əməkdaşları universitetin məzunu, kafedranın baş müəllimi Sabir Abdullayevin övladı, baş leytenant, şəhid Elşən Abdullayevin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbiri çərçivəsində kafedra əməkdaşları universitetin həyətində şəhidimizin ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyub və ruhuna dualar oxuyublar.
Çıxış edənlər şəhid Elşən Abdullayevin şərəfli döyüş yolundan, Vətən torpaqlarının azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs ediblər. Bildirilib ki, onun Vətən sevgisi, fədakarlığı və qəhrəmanlığı gələcək nəsillər üçün daim örnək olacaq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



