“TÜRK DÜNYASI TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda elmi konfrans keçiriləcək
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ PHŞ
(Ümumi tarix kafedrası)
20 noyabr 2026-ci il tarixində Gəncə Dövlət Universitetində “TÜRK DÜNYASI TARİXİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda elmi konfrans keçiriləcək.
Konfransda Türk dünyasının qədim dövrdən müasir dövrədək tarixi inkişafının aktual problemlərini araşdırmaq, türk xalqlarının dövlətçilik ənənələrini, siyasi və diplomatik münasibətlərini, etnomədəni irsini və müasir inteqrasiya proseslərini elmi müzakirəyə çıxarmaq və bu istiqamətdə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Konfransın bölmələri:
I Bölmə. Türk xalqlarının etnogenezi, qədim tarixi və dövlətçilik ənənələri
– Türk xalqlarının mənşəyi və etnogenezinin aktual problemləri.
– Hun, Göytürk və Uyğur dövlətlərinin siyasi tarixi.
– Qədim türk yazılı abidələri və tarixi mənbələr.
– Türk xalqlarının miqrasiya prosesləri və tarixi coğrafiyası.
II Bölmə. Orta əsrlərdə Türk dünyası: siyasi tarix və beynəlxalq münasibətlər
– Qaraxanlılar, Səlcuqlar və digər türk dövlətlərinin tarixi.
– Qızıl Orda və Teymurilər dövlətlərinin Türk dünyası tarixində yeri.
– Osmanlı imperiyasının siyasi və diplomatik fəaliyyəti.
– Türk dövlətlərinin Şərq və Qərb ölkələri ilə münasibətləri.
III Bölmə. Azərbaycan tarixində türk dövlətləri və Türk dünyası ilə əlaqələr
– Azərbaycanın Türk dünyasının tarixi inkişafında yeri.
– Eldənizlər, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin tarixi.
– Səfəvilər dövlətinin Türk dünyası tarixində rolu.
– Azərbaycan–Türkiyə tarixi əlaqələrinin əsas mərhələləri.
– Azərbaycan tarixşünaslığında türk dövlətlərinin tədqiqi.
IV Bölmə. XIX–XX əsrlərdə türk xalqları: milli oyanış, dövlətçilik və siyasi inkişaf
– Türk xalqlarında maarifçilik və milli oyanış hərəkatları.
– Cədidçilik hərəkatı və ictimai-siyasi düşüncənin inkişafı.
– XX əsrdə türk xalqlarının milli dövlətçilik təşəbbüsləri.
– Sovet hakimiyyəti dövründə türk xalqlarının siyasi və mədəni həyatı.
– Müstəqillik uğrunda mübarizə və müasir türk dövlətlərinin yaranması.
V Bölmə. Türk xalqlarının mədəni irsi, tarixşünaslıq və mənbəşünaslıq problemləri
– Türk xalqlarının ortaq mədəni irsi və tarixi yaddaşı.
– Türk xalqlarının dini dünyagörüşü və mənəvi dəyərləri.
– Orxon-Yenisey abidələri və türk yazılı mədəniyyəti.
– Ərəb, fars, Çin, rus və Avropa mənbələrində Türk dünyası.
– Tarixi irsin qorunması və müasir tarixşünaslığın problemləri.
VI Bölmə. Müasir Türk dünyası: beynəlxalq münasibətlər, inteqrasiya və gələcək perspektivlər
– Müstəqil türk dövlətlərinin beynəlxalq münasibətlər sistemi.
– Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı.
– Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin tarixi əsasları.
– Türk dünyasında regional təhlükəsizlik, enerji və nəqliyyat əlaqələri.
– Türk dünyasının ortaq elmi, təhsil və mədəni əməkdaşlıq perspektivləri.
– Tarix tədrisində innovasiyalar və rəqəmsal tədqiqat metodları.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz) – Azərbaycan, ingilis, türk və rus dillərində
Xülasə (60–80 söz) – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
Ədəbiyyat siyahısı –əlifba sırası ilə
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “GDU Konfrans materialları” toplusunda dərc olunacaq.
Materiallar 12 noyabr 2026-cı il tarixinədək etibaradiloglu@mail.ru və ya etibar.musayev@gdu.edu.az elektron ünvanlarına göndərə bilərsiniz.
Bir müəllifdən yalnız bir məruzənin tezisi və ya məqaləsi qəbul olunur.
Təşkilat komitəsi tezislərin və məqalələrin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Məsul şəxs – dos. Etibar Musayev
Əlaqə telefonu: (+99455) 699 96 11
(+99450) 622 02 61
Təşkilat komitəsi


