ABŞ-ın Merilend Universitetinin nümayəndəsi GDU-da tələbələrlə görüşmüşdür
ABŞ-ın Merilend Universitetinin Baltimor qraflığı Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələri ilə görüşmüşdür.
ABŞ səfirliyi tərəfindən təşkil edilən görüşdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən universitetlər haqqında ətraflı məlumat verilmiş və sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtlər izah edilmişdir. Bununla yanaşı universitetlər arasında əməkdaşlığa dair müzakirələr də aparılmışdır.
Görüşdə bildirilmişdir ki, ABŞ-ın universitetlərinə müraciət edən tələbələr dünya səviyyəli təhsil almaq imkanı əldə edəcək və onlara gələcək karyeranın inkişafı üçün şərait də yaradılacaq.
Sonda tələbələrin sualları cavablandırılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti