ADA universitetinin təşkil etdiyi layihənin təqdimatı baş tutub
GDU-da ADA universitetinin əməkdaşı Natiq Məhəmmədlinin iştirakı ilə infosessiya təşkil olunub. Riyaziyyat və İnformatika fakültəsində təşkil olunan təqdimatda, Natiq Məhəmmədli qeyd edib ki, ADA universiteti GDU tələbələri üçün İT sahəsində təlimlərdə iştirak imkanı təqdim edir. Bu proqram ADA universitetinin akademik heyəti və İT sahəsində yüksək təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Tədris müddəti 4 ay olmaqla fevral–iyun aylarını əhatə edəcək. Təlimi uğurla tamamlayan məzunlar müxtəlif İT şirkətlərində təcrübə proqramları üzrə müsahibə mərhələsinə keçid əldə edəcəklər. Proqram iştirakçıların bilik və bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə ödənişsiz şəkildə təşkil olunur.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfDwjh1bjev6jXG37bV4sRwPDO2zXD1KOumN1o57S1aBWr1bg/viewform
Qeyd: Proqrama qəbul müsabiqə əsasında aparılır və seçim mərhələlərindən ibarətdir. Proqramın tələblərinə uyğun olaraq, tədris prosesində yalnız davamlı iştirak edə biləcək namizədlərin müraciət etməsi xahiş olunur.
Layihə 3 əsas istiqamət üzrə, əyani və onlayn dərslər formatında həyata keçiriləcəkdir:
• Backend Proqramlaşdırmanın əsasları (Java)
• Python və Süni İntellekt Mühəndisliyinə giriş
• Data Elminin əsasları
Dərslər zamanı tələbələrə müvafiq istiqamətlər üzrə nəzəri biliklər, real nümunələr, müasir texnoloji yanaşmalar və bu sahələrin əmək bazarındakı rolu barədə ətraflı məlumat veriləcəkdir.





