“AESOP” başlayır!
2016-cı il dekabrın 5-dən 7-dək Gürcüstanın Kutaisi şəhərinidəki Akaki Tsereteli Dövlət Universitetində Erasmus+ proqramı çərçivəsində Xəzər Universitetinin hazırladığı “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsinin ilk iclası keçirildi. Adından da məlum olduğu kimi 3 il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların təhsillərini uğurla başa çatdırılmasına dəstəklnməsi nəzərdə tutulur.
Ümumilikdə layihədə 17 tərəfdaş təşkilat iştirak edir. Bunlardan ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl Universitet və Şərqi tərəşdaşlıq ölkələrindən Gürcüstan üzrə 3 Universitet, Ukraynadan 2 Universitet bu layihəyə əməkdaşlıq edəcəklər. Partnyor ölkələrində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya öz təcrübələrini layihədə bölüşəcəklər.
İclasda Gəncə Dövlət Universitetini əməkdaşımız, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təmsil edirdi. Ruslan müəllim Universitetimiz haqqında təqdimatla çıxış etmiş və son illərdə rəhbərlik tərəfindən Universitetdə aparılan köklü yeniliklərdən, uğurlu beynəlxalq əməkdaşlıqlardan və əsasən tələbə həyatından söz açmışdır.
Qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi Erasmus+ proqramı çərçivəsində 2015-ci ildə Xəzər Universiteti tərəfindən qazanılmışdır. Bir il müddətində layihə uyğun qanunvericilikdə yaranmış problemlərə bağlı qeydiyyata alınmadığı üçün Gürcüstanın Kutaisi şəhərində yerləşən Akaki Tsereteli Dövlət Universitetinə verilmişdir. Layihənin icrası 2017-ci ilin ilk aylarından başlanılması nəzərdə tutulur. Universitetimizin adıgedən Universitetlə birgə əməkdaşlıq müqaviləsidə mövcutdur.