Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin icrasına dair GDU-da Fəaliyyət Planı hazırlanıb

          Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin icrasına dair Gəncə Dövlət Universitetinin Təşkilat Komissiyasının  28 fevral 2025-ci il tarixdə iclası keçirilib.

      İclasda Universitetin rektoru Yusif Yusibov, prorektorlar, universitet üzrə  Təşkilat Komissiyası , fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

        Rektor Yusif Yusibov institusional akkreditasiya prosesinin əhəmiyyətindən, Akkreditasiya Komissiyası  tərəfindən verilən tövsiyələrin icrasından və qarşıda duran məsələlərdən bəhs edib, sənədlərin müvafiq qaydalara uyğun tərtib olunması məsələsinin vacibliyini önə çəkib. Rektor onu da diqqətə çatdırıb ki, yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinə verilən tövsiyələrin icrasına dair Fəaliyyət planı GDU daxilindəki Təşkilat Komissiyası tərəfindən təkliflər əsasında hazırlanıb və yaxın zamanda Təhsildə Keyfiyyət Təminatı Agentliyə təqdim ediləcək.

     Rektor Yusif Yusibov akkreditasiya prosesinə uyğun olaraq, universitetin üzərinə düşən tələb və öhdəliklərin icrası ilə bağlı GDU daxilindəki Təkilat Komissiyasına və struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

      İclasda  İnnovasiyalar Departamentinin direktoru və İşçi Qrupunun rəhbəri Vasif Həsənov Təşkilat Komissiyanın səmərəli fəaliyyətindən,  7 istiqamət üzrə verilən tövsiyələrin həyata keçirilməsi üçün görüləcək işlərdən danışıb,  Akkreditasiya Komissiyasının Yekun Hesabatında tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə hazırlanmış Fəaliyyət Planı haqqında məlumat verib. Eləcə də görülən işlər və növbəti mərhələlər haqqında söhbət açıb.

     Daha sonra yeni hazırlanan Fəaliyyət Planı barədə rəylər dinlənlənilib, müzakirə olunub və səsə qoyularaq yekdilliklə təsdiq edilib. Yeni hazırlanan Fəaliyyət Planının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə razılaşdırılaraq qərar qəbul edilməsi üçün   Universitet Elmi Şurasında müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.       

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti