“ALİ TƏHSİLƏ VERİLƏN TƏLƏBLƏR VƏ CƏMİYYƏTİN TƏHSİL EHTİYACLARI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

16.10.2024-cü il tarixdə Magistratura şöbəsinin I kursunda dosent Bayramova Ziyafət Vilayət qızının “Ali təhsilə verilən tələblər və cəmiyyətin təhsil ehtiyacları” mövzusunda açıq dərsi keçirildi. Mühazirədə magistratura şöbəsinin müdiri dos. E. Yaqubov, şöbə müdirinin müavini fizika üzrə fəlsəfə doktoru S. Cəfərova və kafedranın müəllim-professor heyəti iştirak edirdilər. Dərs zamanı müasir təlim metodları və vasitələrindən istifadə olundu.