Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin bir qrup əməkdaşı ilə tələbələr arasında görüş keçirildi.
20 noyabr 2014-cü il tarixdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin bir qrup əməkdaşı ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında görüş keçirilmişdir. Səfirliyin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Stefan Qays, Şeferd Universitetinin professoru Josef Robins Amerika Azərbaycan əlaqələrindən və bu əlaqələrin müasir dövrdə əhəmiyyətindən bəhs etmiş, eyni zamanda professor Josef Robins noyabr ayının 3-də Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilərlə bağlı geniş məlumat vermişdir. Məruzəçi gəncliyin dost ölkələrdə demokratik proseslərlə tanışlığının,qarşılıqlı fikir mübadiləsinin vacibliyini xüsusilə vurğulamış, tələbələrin suallarına cavab vermişdir.