Anım günü

Gəncədə  Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, kollektivlər və şəhər sakinləri iştirak ediblər.
Anım günündə rektor professor Yusif Yusibov başda olmaqla Ulu Öndərə dərin sevgisini yaşadan Gəncə Dövlət Universitetinin əməkdaşları da rəhbərin əzəmətli heykəlini ziyarət etmiş və tər çiçəklər qoymuşlar.