ULU ÖNDƏRİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ KONFRANS

10 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin iclas zalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Qəlblərdə yaşayan insan” mövzusunda konfrans keçirildi.
Ulu Öndərin əziz xatirəsi sükutla yad edildikdən sonra Universitetin rektoru professor Yusif Yusibov konfransı giriş sözü ilə açaraq bildirdi ki,həqiqətən belə bir dahi şəxsiyyət haqqında söz demək həm asan, həm də olduqca çətindir. Ona görə asandır ki, Respublikamızın hansı sahəsinə diqqət yetirsək, Heydər Əliyev irsi, fəaliyyəti, yaradıcılığı, dühası, əzəməti görünməkdədir. Azərbaycanın heç bir tarixi uğurlarını Ulu Öndərsiz düşünmək qeyri-mümkündür.  Çətindir, ona görə ki, tarixin yetişdirdiyi belə bir şəxsiyyət haqqında danışmaq, fikir yürütmək, qiymətləndirmək insandan ciddi məsuliyyət hissi tələb edir. Bu şəxsiyyət təkcə bu günki nəsil üçün deyil, bundan sonra gələcək neçə-neçə nəsillər üçün də misilsiz örnəkdir.
“Ümumi Lider Heydər Əliyev və xarici siyasətdə balanslaşdırma prinsipi” mövzusunda çıxış edən Tarix-coğrafiya fakültəsinin dekanı, professr Həsənbala Sadıqov Ulu Öndərin Azərbaycanın xarici siyasətdə rolunu, ağır çağlarda  qeyri-adi addımları ilə daxili və xarici bəlalardan, təhlükələrdən xilasetmə qabiliyyətini açıqladı.
Tərbiyə işləri üzrə prorektor dosent Asif Cavadov Ulu Öndərin şəxsiyyətində milli vətənpərvərlik hissləri haqqında söz açdı. Real faktlarla Heydər Əliyev şəxsiyyətində, onun  çoxşaxəli fəaliyyətində milli mənsubluğun, milli təəssübkeşliyin, xalqına, torpağına bütün varlığı ilə bağlılığın əzəmətini bir daha yada saldı.
Gənclər də bu gün üçün dahi rəhbərə borcludurlar. Çünki  Heydər Əliyev qayğısını, diqqətini  hiss edən ilk növbədə  öz liderlərini bir an da olsun, unutmayan gənclər və gənclikdir. Xaruici dillər fakültəsinimn IY kurs tələbəsi Ramidə Məmmədovanın da həvəslə etdiyi çıxış məhz bu mövzuya həsr edilmişdir.
Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, professor Mübariz Yusifov da öz çıxışlarında Ulu Öndərin əzəmətini formalaşdıran xüsusiyyətlərdən bəhs etməklə, Azərbaycan xalqının ürəyində əvəzedilməz bir rəhbər kimi yaşayacağini vurğuladılar.
Konfransin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən,biri tələbələrin yaradıcılığına məxsus olan,  hətta rəhbərin kövrək hisslərini əks etdirən iki videoçarx nümayiş etdirildi.