REKTOR İCLAS KEÇİRDİ
Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında rektor professor Yusif Yusibovun sədrliyi ilə geniş tərkibli iclas keçirilmişdir. Professor Yusif Yusibov giriş sözünə Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclasında müzakirə olunan məsələlər haqqında məlumatla başladı. Qeyd etdi ki, kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, […]


