AYNUR ŞÜKÜROVANIN UĞURLU ÇIXIŞI

Bakı şəhərində  Qafqaz Universiteti və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Uşaq Ədəbiyyatı simpoziumu keçirilmişdir. Simpoziumda Türkiyə, Qırğızıstan, Makedoniya, İran, İraq və Rusiyanın 40 fərqli universitetindən elm adamları, uşaq ədəbiyyatı şair və yazıçıları, uşaq jurnal və qəzetlərinin redaktorları  iştirak etmişlər.

Gəncə Dövlət Universitetinin təmsilçisi  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aynur Şükürovanın  Ankara Hacettepe Universitetinin professoru Haluk Şükrü Akalın rəhbərlik etdiyi Uşaq ədəbiyyatında tərcümə məsələləri  bölməsindəki çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Məruzənin müzakirəsində iştirak edən Hacettepe Universitetnin professoru Nesrin Bayraktar Erten,Mardin Artuklu Universitetinin dosent əvəzi Nezahat Başçı, Qafqaz Universitetinin professoru Şahin Xəlilli,  Qafqaz Araşdırmaları İnstitutunun professoru Minaxanım Təkləli Aynur Şükürovanın  ümumbəşəri dəyərlərə hörmət hissi aşılayan məruzəsini yüksək qiymətləndirərək, onun bu sahəyə gələcəkdə mühüm töhfələr verəcəyinə əmin olduqlarını ifadə etmişlər.