AZAD TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN HESABAT SEÇKİ İCLASI

11 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının akt zalında  Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki iclası keçirildi. Hesabat seçki iclasında Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, fakültə dekanları, universitetin tələbə heyəti iştirak etmişlər.

İclas gündəliyindəki məsələləri iclasa sədrlik edən  Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə iclas iştirakçılarının nəzərinə çatdırdı. Azad Tələbə Həmkarlar İttifaqı Komtəsinin sədri Pərviz Adıgözəlov və Təftiş komisiyasının sədri İlkin Abbasovun  hesabatları dinlənildi və qənaətbəxş hesab olundu. Daha sonra Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinə və Təftiş komisiyasına yeni sədr seçilməsi üçün iclas iştirakçıları tərəfindən açıq səsvermə keçirildi.

Səsvermə nəticəsində Pərviz Adıgözəlov Azad Tələbə Həmkarlar İttifaqı Komtəsinin sədri, İlkin Abbasov isə Təftiş komisiyasının sədri seçildi.