“BEYNƏLXALQ AİLƏ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

           Gəncə Dövlət Universitetində “Beynəlxalq Ailə Günü”nə həsr edilmiş tədbir keçirilib.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Ailə Gününün tarixi haqqında danışıb. O da bildirib ki, Azərbaycan ailəsinin özünəməxsusluğu digərilərindən yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir.  Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

     Tədbirdə  Fizika kafedrasının müdiri Yəhya Namazovun  “Şəxsiyyətin  formalaşmasında  ailənin rolu”,  Təhsilin pedaqogikası  və metodikası  kafedrasının dosenti Nübubət Babayevanın “Tariximizin tövsiyə etdiyi  adət-ənələrimizə  uyğun  nümunəvi ailə modeli”, Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Əsməd Şərifovanın “Nəsillərə örnək olan ailə dəyərləri”, Sosial fənlər kafedrasının baş müəllimi Qərənfil Ramazanovanın “Azərbaycan ailəsi və milli dəyərlər” mövzularında çıxışları dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti