Bilik yarışı

2 dekabr 2014-cü ildə  Gəncə Dövlət Universitetində Universitetin  Azad Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Fizika və texniki fənnlər fakültəsinin birgə təşkil etdikləri fakültələrarası “Mənim dünyagörüşüm” mövzusunda bilik yarışı keçirilmişdir. Bu yarışda hər fakültənin tələbələrini təmsil edən və  fəallığı ilə seçilən beş nəfərdən ibarət komandalar  müasr dövrdə tələbə dünyagörüşünü, müxtəlif mövzularda onların bilik və bacarığını bir daha nümayiş etdirdi.

Yarış komissiyasının yekun rəyinə əsasən, yarışda Fizika və texniki fənnlər fakültəsinin komandası birinci yerə, Pedaqoji fakültənin komandası ikinci yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə üçüncü yerə sahib oldular.

Yarışda Fizika və texniki fənnlər fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ayşən Axundova xüsusi fəallıq göstərə bilmişdir. Qalib komandalar isə diplomlarla və həmkarlar ittifaqının pul mükafatı ilə təltif edilmişdir.