“Erkən və gecikmiş nigahlar” la bağlı seminar keçirildi.

Dekabrın 3-də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Erkən və gecikmiş nigahlar” la bağlı seminar keçirildi. Seminara dəvət edilmiş  Gəncə Tibb kollecinin müəllimi Məhəbbət həkim erkən və gecikmiş nigahlar və onun fəsadları haqqında tələbələrə geniş və ətraflı məlumat verdi.

İştirakçıların  ciddi marağına səbəb olmuş seminarın sonunda maraqlı müzakirələr keçirildi, Məhəbbət həkim verilən sualları böyük həvəslə cavablandırdı.