Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsidir.

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Bu çərşənbəyə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı”, “Addı çərşənbə” də deyirlər.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günümüzə kimi gəlib çıxıb.  Yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edən Od çərşənbəsi qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəniz mübarək!