“Genderyönümlü pedaqogika” üzrə təlimdə iştirak edən GDU-nun əməkdaşlarına sertifikat təqdim olunub
“Genderə həssas məktəblərin təşviqi” layihəsinin yekunu olaraq təlimlərdə iştirak edən Gəncə Dövlət Universitetinin bir qrup fəal əməkdaşına sertifikat təqdimatı keçirilib. Təqdimatda Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək Avropa İttifaqı, BMT-nin Qadınlar üzrə Agentliyi, BMT-nin Əhali Fondu, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil edilən “Genderyönümlü pedaqogika” təlimlərinin əhəmiyyətindən […]










