Millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır
Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir. 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir.Abidə Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldılıb. Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, […]










