UNİVERSİTETDƏ GƏNCLƏR GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN TƏDBİRDƏ OLİMPİADANIN QALİBLƏRİ OLAN ŞAGİRDLƏR DƏ MÜKAFATLANDIRILDI
Gəncə Dövlət Universitetində “2 fevral Gənclər günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün Azərbaycan tarixi, ümumi tarix və coğrafiya fənləri üzrə keçirilən olimpiadanın qalibləri də mükafatlandırılmışlar. Mərasimdə Universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, […]










