Dahi rəhbərə həsr edilmiş konfrans

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatınn  Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərdən biri də uğurla başa çatdı.Dekabr ayının  9-da Ulu Öndərin  xatirəsinə həsr olunmuş konfrans keçirildi.

Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda ilk öncə .Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər haqqında dinləyicilərə ətraflı məlumat verildi.

Daha sonra Gəncə Dövlət Universitetinin YAP Ərazi İlk Partiya Təşkilatının sədri Cavid Bağırzadə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş şəkildə tələbələrə məlumat verdi . Məruzə ətrafında çıxış edən tələbələr də maraqla  dinlənildi .

Sonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş video çarx təqdim olundu.