Açıq dərslər keçirilmişdir

9 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslarda təhsil alan və pedaqoji təcrübə keçən IV kurs tələbələrinin sınaq dərsləri olmuşdur. Mehdizadə adına 4 saylı tam orta məktəbdə kimya-biologiya müəllimliyi ixtisasının tələbəsi Almuradova Gülnar Qənimət qızının 9-cu “b” sinfində biologiya fənnindən “Qan. Orqanizmin daxili mühitinin təkamülü” mövzusunda, C. Cabbarlı adına tam orta məktəbin 9-cu sinfində biologiya müəllimliyi ixtisasının tələbəsi Aslanov Orxan Oruc oğlunun biologiya fənnindən “ Qan dövranı və limfa sistemi”, Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin 9-cu  sinfində  xarici dil müəllimliyi (ingilis dili) ixtisasının tələbəsi Bədəlova Fidan Elbrus qızının ingilis dili fənnindən “Britaniya mətbəxi” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərslərin müsbət cəhətindən biri onların  keçirilməsində dinləyicilərin çox sayda olmasıdır. Ayrı-ayrı açıq dərslərdə Təcrübə və işlə təminata kömək şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov,  kafedra müdirlərindən dosent Sevda Kazımova, dosent Vəfa Məmmədova, uyğun kafedraların əməkdaşları, məktəb direktorları və  fənn müəllimləri iştirak etmişlər.
Açıq dərslər olduqca canlı keçmiş, tələbələr illərlə aldıqları bilikləri praktik şəkildə dinləyicilər qarşısında nümayiş etdirə bilmiş, öz uğurları ilə müəllimlərini sevindirmişlər.