Yeni layihə: “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq”

Dekabrın 8 – də Gəncə Dövlət UniversitetininTələbə Gənclər Təşkilatı yeni bir layihəyə start verdi : “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq”. Layihənin həyata keçirilməsində məqsəd Milli qəhrəmanlar haqqında gənclərə məlumat vermək, onların qəhrəmanlıqlarının məqsəd və məzmununu gənclərə çatdırmaq, gənclərin isə  milli ruhda böyümələrinə, vətəni, xalqı, bu müqəddəs torpağı sevmək, qorumaq əzmində yetişmələrinə  nail olmaqdır. Gənclərimiz lazım gələrsə, Vətən çağırarsa,  qəhrəmanların qəhrəmanlıqlarını təkrar etməlidirlər.
Layihəyə əsasən həftədə bir dəfə 10 Milli qəhrəmanın həyatı, göstərdiyi qəhrəmanlıq haqqında gənclərə məlumat veriləcəkdir.