“Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun ilk iclası keçirildi
14 mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun ilk iclası keçirilib.
İclasın gündəliyində – Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun iş prosesinin qurulması və Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə monitorinq qrupun müvafiq iş planının tərtib edilməsi olmuşdur.
İclasın sədri Sevinc Quliyeva çıxışında diqqətə çatdırdı ki, yekunlaşan akkreditasiya prosesinin davamı olaraq, GDU-ya təqdim edilən tövsiyələrin icrasına dair Fəaliyyət Planının hazırlanması tələb olunmuşdur. Tələb olunan fəaliyyət planı rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanmış və universitet Elmi Şurasının 04.03.2025-ci il tarixli (pr. №07) qərarı və rektorluğun 07.03.2025-ci il tarixli 5/125 saylı əmri ilə təsdiq edilmişdir. Hazırlanmış fəaliyyət planı Elmi Şurada təsdiq edilməzdən öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmiş və razılaşdırılmışdır.
Hazırlanmış fəaliyyət planında qeyd edilən bəzi fəaliyyətlərin icrası üçün rektorluğun 05.03.2025-ci il tarixli 5/108 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının Əsasnaməsi, eyni zamanda rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası və onun tərkibi təsdiq edilmişdir. Bundan sonra rektorluğun 07.03.2025-ci il tarixli 5/118 saylı əmri ilə “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu” yaradılmışdır.
İşçi qrupun üzvlərindən Pərvanə Əliyeva, Leyla Quliyeva, Raya Bədəlova və Rübabə Mehdiyeva çıxış edərək öz təkliflərini bildirdilər.
Çıxışlar dinlənildikdən sonra gündəlik məsələlər səs verməyə qoyuldu, qərar qəbul edildi. İş planının hazırlanması, təkliflərin müzakirəsi və təsdiqi ilə bağlı qərarlar qəbul edilməsi ilə bağlı iclas keçirlməsi planlaşdırıldı.