“Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun növbəti iclası keçirildi

28 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun 04 saylı iclası keçirildi. İclasda monitorinq qrupunun bütün üzvləri ilə yanaşı maraqlı tərəf hesab edilən şəxslər də iştirak edirdi.

İclası giriş sözü ilə monitorinq qrupunun sədri Sevinc Quliyeva açdı. Növbəti iclasın gündəliyində “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun hazırladığı iş planına uyğun olaraq ətraflı şəkildə təhlil edilmiş Forma 4-lər müzakirə edilmişdir.

Monitorinq qrupun üzvlərindən Pərvanə Əliyeva, Leyla Quliyeva, Raya Bədəlova, Rübabə Mehdiyeva, eyni zamanda maraqlı tərəf hesab edilən şəxslər – Kimya kafedrasının müdiri Məmmədova Aynur Teyyub qızı, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, baş mühasibin müavini Rəvan Əzizov və İnsan resursları şöbəsinin inspektoru Günel Ramazanova tərəfində irəli sürülmüş təkliflər yüksək qiymətləndirilərək, yekun qərarın təsdiq edilməsi təklif edildi,  müvafiq qərar qəbul olundu.