DIRNA layihəsi çərçivəsində “Süni intellektin istifadəsi” üzrə vebinar təşkil edilib

22 yanvar 2025-ci il tarixində Xəzər Universiteti tərəfindən koordinasiya edilən və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 proqramının “Azərbaycanda İnstitusional Repozitoriya Şəbəkəsi Vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində “Təhsildə və Tədqiqatda Süni İntellektin İnkişafı” adlı vebinar təşkil edilib.

Vebinarda İzmir Texnologiya İnstitutunun Kitabxana direktoru Gültəkin Gürdal təqdimatla çıxış edib. Vebinarda Xəzər Universitetinin və DIRNA layihəsində iştirak edən tərəfdaş qurumların, o cümlədən Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Gömrük Komitəsi Akademiyasının, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin nümayəndələri iştirak edib.

Sessiyada süni intellektin məqsədi, üstünlükləri və təhsil kontekstləri üçün süni intellekt alətlərinin strateji seçimi ətraflı şəkildə araşdırılıb. Müasir tədqiqatçıların akademik məqalələr yazarkən istifadə edə biləcəkləri yeni tədqiqat alətlərinə xüsusi diqqət yetirilib.

Vebinarda süni intellektin yaratdığı yeni şəraitlə əlaqəli bilik və təcrübə qazanmağın nə qədər vacib olduğu vurğulanıb.