Əlilliyi olan tələbələr üçün mərkəzdə görüş

Gəncə Dövlət Universitetində fəaliyyət göstərən Əlilliyi olan tələbələr üçün mərkəz və Psixologiya kafedrasının birgə təşəbbüsü ilə Filologiya və xarici dillər fakültəsində təhsil alan tələbələrlə növbəti görüş keçirilmişdir.

Görüşün əsas məqsədi Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət istiqamətlərinin tanıdılması, eyni zamanda psixoloji dəstək xidmətləri barədə məlumatlandırmanın aparılması və qrup formatında psixoloji seansların təşkili ilə bağlı tələbələrin maarifləndirilməsidir.
Görüş zamanı xüsusi vurğulanmışdır ki, əlillik məsələsi şəxsi xarakter daşıdığı üçün tələbələr mərkəzə tam rahatlıqla müraciət edə bilərlər. Müraciət edən şəxslərin bütün hüquqları qorunur və təqdim olunan xidmətlər çərçivəsində tam məxfilik təmin edilir. Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə sağlamlıq imkanları məhdud tələbələr üçün fərdi psixoloji seansların təşkili imkanının mövcud olduğu da diqqətə çatdırılmışdır.
Görüş mərkəzin direktoru Turanə Qurbanova və Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Hicran Verdiyeva iştirakı ilə həyata keçirilmişdir.