ELMİ KONFRANS KEÇİRİLMİŞİR
Gəncə Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tələbə və magistrantların elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Elm və texnika üzrə prorektor dosent Pərvin Kərimzadə qeyd etdi ki, 31 dekabr Azərbaycan xalqının Ümumdünya birlik günüdür. Bu günün qeyd edilməsi həqiqətən bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Məlumdur ki,ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq sahəsində bu günün özünəməxsus əhəmiyyəti və rolu vardır. Gəncə Dövlət Universitetində keçirilən elmi konfrans da ilk öncə məhz bu məqsədə xidmət edir.
Elmi konfransda 30-dan çox tələbə və magistrantlar təhsil aldıqları ixtisasa uyğun elmi biliklərini və axtarışlarını nümayiş etdirdilər. 26 dekabr 2014-cü il tarixdən başlayan bu konfrans həqiqətən ciddi marağa səbəb oldu. Genetika ixtisası üzrə magistr Piranə İsgəndərovanın və Səyyid Əli Əllaf Şayanın, İqtisadi nəzəriyyə ixtisası üzrə magistr İlqar Quliyevin elmi axtarışları birinci yerə layiq görülmüşdür.