QIŞ İMTAHAN SESSİYASI BAŞLANDI

(Foto-reportaj)

29 dekabr tarixdən Gəncə Dövlət Universitetində qış imtahan sessiyası başlandı. İmtahanların təlimata uyğun şəkildə keçirilməsi üçün bütün sənədlər hazırlanmış, otaqlar müəyyənləşdirilmiş, nəzarətçilər təyin edilmişdir. Sessiya ciddi məsələ olduğundan, ona qarşı münasibət də olduqca ciddidir. Çünki müəllim və tələbələrin semestr ərzində fəaliyyəti bu prosesdə aşkarlanacaqdır. İmtahanların şəffaf keçirilməsi, neqativ hallara yol verilməməsi isə rəhbərliyin əsas prinsipidir.