ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
29 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında “Modernləşən Azərbaycan: yeni yüksəliş mərhələsinin memarı” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açaraq, qeyd etmişdir ki, keçən əsrin 90-cı illərinin əvvəllərində ekspertlər ölkəmizin perspektivi haqqında elə də nikbin proqnozlar vermirdilər. 1993-cü ilin yayında Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra yüksəlişin əsası qoyuldu. Bütün sahələrdə islahatlara başlayan Ümummilli lider qısa zamanda ölkəni sabitliyə qovuşdurdu, onun iqtisadi inkişaf modelini dəqiqləşdirdi. 2003-cü ildə dövlət başçısı seçilən İlham Əliyev isə bu prosesi uğurla davam etdirməyə başladı. İndi Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Konfransda bu məsələ ilə bağlı Ümumi tarix kafedrsının dosenti Hüseyn Bəxtiyarovun “İlham Əliyev və dünyada abadlaşan Azərbaycan”, Sosial fənlər kafedrasının dosenti Asim Məmmədovun “Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin multikulturalizm siyasətinin beynəlxalq əhəmiyyəti”, Ümumi tarix kafedrasının dosent əvəzi Etibar Musayevin “Xarici siyasətdə perspektivli uğurlar” və Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “İslahatlar və daxili siyasət” adlı məruzələri iştirakçıların marağına səbəb oldu.