YAZILI İMTAHAN UĞURLA BAŞA ÇATMIŞDIR
29 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetində payız (qış) imtahanları başladı. Bu sessiya keçən sessiyadan fərqlənirdi. Belə ki, eksperiment olaraq bütün ixtisaslar üzrə birinci kursların ilk imtahanı yazılı keçirilmişdir.
II tədris binasının idman zalında və ayrı-ayrı auditoriyalarda təşkil olunan imtahanlarda yalnız nəzarətçilər olmuş, eyni zamanda müxtəlif ixtisaslarda təhsil alan tələbələr yanaşı oturduğundan köçürmək, söz soruşmaq kimi hallara yol verilməmişdir.
Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədovun Tədris-elektron Mərkəzinin müdiri Elturan Yusifovla birgə hazırladıqları layihə əsasında təşkil olunmuş bir fənndən yazılı imtahan prosesi tələbələrin biliyinin tam aşkarlanması və qiymətləndirilməsi üçün obyektiv şərait yaratmışdır.
İki növbədə keçirilən imtahanlarda təhsil haqqını ödəyə bilməyənlər istisna olunmaqla 1211 nəfər tələbə ilk fənnin yazılı imtahanında iştirak etmişdir.