KONFRANS-MÜSABİQƏ KEÇİRİLMİŞDİR

27 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Əsas binanın iclas zalında tələbə və magistrlərin iştirakı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş elmi konfrans-müsabiqə keçirilmişdir.

Tələbə Elmi Cəmiyyətinin sədri dosent Sahil İbrahimli konfrans iştirakçılarını bayram münasibətilə təbrikini bildirib, iştirakçıları elmi konfrans müsabiqəsinin mahiyyəti və şərtləri ilə tanış etdi.

Nəticədə Pedaqoji fakültənin III kurs tələbəsi Aytac Əliyevanın, Xarici dillər fakültəsinin III kurs tələbələrindən Leyla İsmayılovanın, Şəlalə Ramazonovanın, Həqiqət Bayramovanın, II  kurs tələbəsi  Hürriyyət Rzayevanın, Kimya-biologiya fakültəsinin III kurs tələbələri Fatimə Cəfərovanın,Gülşən Bayramovanın,  I kurs tələbəsi Aygün Abdulkərimovanın və Riyaziyyat-İnformatika fakültəsinin III kurs tələbəsi Xalidə Əliyevanın məruzəsi mükafata layiq görüldü.