ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI

         25 aprel 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti iclası keçirildi. İclası sədr professor Yusif  Yusibov açaraq Elmi Şura iştirakçılarını salamladıqdan sonra, gündəliyə uyğun olaraq Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədovun “Yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr” haqqında məlumatı dinlənilib müzakirə edilmişdir.

Bundan sonra Botanika kafedrasının müdiri professor Vaqif Novruzovun “Musiqi fənləri kafedrasının müdirinin 5 illik fəaliyyəti” , Ümumi riyaziyyat kafedrasının müdiri dosent Mayıl Mustafayevin “Coğrafiya kafedrasının müdirinin 5 illik fəaliyyəti” , Elmi katib Teymur İsmayılovun “Professor əvəzi Mahal  Şaban oğlu  Qurbanovun  Ümumi  riyaziyyat kafedrasının professoru elmi adını almağa dair vəsatətin qaldırılması” , “Professor əvəzi Sevda Zahid qızı Əhmədovanın  Ekologiya və təbiəti mühafizə kafedrasının professoru elmi adını almağa dair vəsatətin qaldırılması” və “Biologiya üzrə fəlsəfə doktoru Elfira Zaur qızı Ağayevanın Anatomiya, fiziologiya və zoologiya kafedrasında boş olan dosent yerinə seçkidə iştirakı” Kimya üzrə fəlsəfə doktoru Mətanət Firuddin qızı Rzayevanın Kimya kafedrasında boş olan dosent yerinə seçkidə iştirakı  mövzusunda  hesabatları  müzakirə olunub müvafiq qərarlar qəbul olundu.