ENACTUS GSU


Gəncə Dövlət Universitetində “ENAKTUS-Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində” yenidən qurulmuş komandasına layihənin təqdimatı keçirildi. Təqdimatda 30-dan çox tələbəyə ENACTUS layihəsinin mahiyyəti haqqında geniş məlumat verildi. Nəzərə çatdırıldı ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı göstərmək, onlarda liderlik qabiliyyətinin daha da inkişaf etdirilməsi, effektiv komanda yığımı, layihələrin idarə edilməsi və iş bölgüsünün təminliyi, layihə müddətində düzgün vaxt bölgüsünün müəyyənləşdilməsi,  təqdimat bacarığının artırılması və eləcə də yüksək potensiala malik tələbələrin peşəkar kadr kimi formalaşmasına dəstək olmaq layihənin əsas məqsədidir. Bununla da 2015-ci il üçün görüləcək işlərə start verildi.
Azərbaycan bu layihəyə 2005-ci ildə qatılmasına baxmayaraq Gəncə Dövlət Universiteti respublika yarışlarında çox az sayda iştirak etmişdir. Bu iradı aradan qaldırmaq üçün Universitet 2015-ci ildən etibarən möhtəşəm layihələrlə çıxış etməyə hazırlaşır və  əmindir ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtına öz hədiyyəsini verməyə yetərincə gücü var.