YATAQXANADA 8 MART


Martın 8-də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Universitetin qızlar yataqxanasında bayram görüşü keçirildi. Görüşdə Universitetin rektoru professor Yusif Yusibov və fakültə dekanları iştirak edirdi.
Bu görüş yataqxanada yaşayan tələbə qızların hədsiz sevincinə səbəb oldu. Bayramı onlarla birgə keçirən professor Yusif Yusibov həm də onları dinlədi, problemlərinin həll olunması üçün yerindəcə göstərişlər verdi.