ERASMUS +”AESOP” LAYİHƏSİNİN L’aquila təcrübəsi öyrənildi

Məlum olduğu kimi Gəncə Dövlət Universiteti Erasmus+ proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.

2017-ci il may ayının 2-dən 4-dək İtaliya Respublikasının LAquila Universitetində yerli tərəfdaşlar üçün təlimi keçirildi. Təlimin əsas məqsədi LAquila Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanış olmaq və onların həyata keçirdiyi təcrübələri öyrənməkdən ibarət idi. Təlim müddətində Universitetdə  tələbələr üçün yaradılan akademik və sosial fəaliyyətlərdən söhbət açdılar. Əsasən Ombudsman ofisinin rəhbəri və onun fəaliyyət planına dair təqdimatı iştirakçılar üçün önəmli və maraqlı idi. Təlimin son günündə əməkdaşlarımız LAquila Universitetində təhsil alan Azərbaycanlı tələbələrlə görüş imkanı da əldə etdilər.

Qeyd edək ki, görüşdə  Gəncə  Dövlət  Universitetinin layihə üzrə işçi qrupunun üzvləri  İKT  şöbəsinin  müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Ruslan  Məmmədov və Xarici dillər fakültəsinin Praktik xarici dillər kafedrasının baş müəllimi Samirə Nəbiyeva iştirak etdilər.

Beynəlxalq təlimlər yekunlaşandan sonra layihə üzrə işçi qrupumuz  Universitetimizdə Ombudsman ofisinin strukturu, əsasnaməsi və iş planının yaradılmasına dair fəaliyyətlərini davam etdirəcəklər.