Pedaqoji və Xarici dillər fakültələrinin tələbələrinin təcrübələrinin gedişi

10 may 2017-ci il tarixdə Gəncə şəhər Mir Cəlal Paşayev adına39 saylı orta məktəbdə Xarici dillər fakültəsinin Xarici dil ( ingilis) müəllimliyi ixtisasının tələbələri ilə Təcrübə və karyera şöbəsinin əməkdaşları dosentlər M.Məmmədov və C.Qarayevin görüşü keçirilmişdir. Görüşdə təcrübəçi tələbələrin  dərslərinin gedişi və sənədləşmə işləri ilə əlaqədar metodiki göstərişlər verildi. Həmin görüşdə eyni zamanda Pedaqoji fakültənin İbtiadi sinif müəllimliyi ixtisasının tələbələri ilə görüş keçirilmişdir.

Görüşdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşları dosentlər              M. Məmmədov  və C. Qarayev,  Pedaqogika və təhsilin əsasları kafedrasının müdiri dosent A. Quliyev və həmin kafedradan olan təcrübə rəhbərləri. İlk növbədə 4,6,28,39 və 43 saylı məktəblərdə təcrübə keçən  tələbələrin sənədləri yoxlanıldı, onlara zəruri məsləhətlər verildi. Daha sonra, hər iki fakültələrinin tələbələrinin sualları cavablandırıldı  və nəticədə tapşırıq verildi ki, may ayının sonuna kimi onlar  zəruri işlərini yerinə yetirsinlər.

Beləliklə, Təcrübə və karyera şöbəsinin şəhər orta məktəbləri ilə əməkdaşlıq münasibətləri inkişaf etdirilir.