FİZİKA KAFEDRASININ DOSENTLƏRİ ŞAGİRDLƏR QARŞISINDA

Gəncə Dövlət Universiteti ilə bağlanmış müqaviləyə əsasən Fizika kafedrasının müdiri, dosent Niyazi Quliyevin M.Mehdizadə adına 4 saylı tam orta məktəbin 11-ci sinifində Fizika fənnindən “Elektrik sahəsinin enerjisi.Enerji sıxlığı”, həmin kafedranın dosenti Rizvan İmanovun M.C.Paşayev adına 39 saylı tam orta məktəbin 10-cu sinifində Fizika fənnindən  “Kütlə və qüvvə.Nyutonun II və III qanunları” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərslərdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, kafedranın əməkdaşları, məktəbin ixtisasçı müəllimləri və pedaqoji təcrübədə olan tələbələr iştirak etmişlər.

Müasir texniki vasitələrdən istifadə etməklə keçilən açıq dərslər, müasir tələblərə cavab verməklə şagirdlərdə xoş təəssürat yaratmışdır. Ənənə halını almış bu vəziyyət ali məktəblə orta məktəb arasındakı bağlılığı möhkəmləndirir, nəticədə həm müəllimlərin təcrübə mübadiləsi artır, həm də şagirdlərin elmə marağını gücləndirir.