Gəncə Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində
30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin sərgisi keçirilib. Sərgidə Gəncə Dövlət Universiteti də iştirak edib.
Burada ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin stendləri yer alıb.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək olub.
3 gün ərzində Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və idarə edilməsi sektorunun müdiri Sevinc Quliyeva və Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Pərvanə Əliyevanın iştirakı ilə universitet barəsində infosessiyalar təşkil olunub, abituriyentlərə ixtisas seçiminə dair tövsiyələr verilib.
Abituriyentlər və valideynlər GDU nümayəndələri ilə ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara dair məlumatlar əldə ediblər.
https://portal.dim.gov.az/sergi
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




