Gəncə Dövlət Universitetində əmək intizamına həsr edilmiş yığıncaq keçirilmişdir
Gəncə Dövlət Universitetində ali təhsildə keyfiyyətin yüksəldilməsinə, idarə edilməsinə və bu sahədə keyfiyyətin qorunub saxlanmasında vacib olan əmək intizamının və daxili intizamın qorunmasına həsr edilmiş yığıncaq keçirilmişdir.
Prorektorların, fakultə dekanlarının və şöbə müdirlərinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə universitetin rekoru Yusif Yusibov açaraq son zamanlar bu ali təhsil ocağında əldə edilən uğurlardan söhbət açmış, diqqətə çatdırmışdır ki, universitetdə tələbələrin elmin sirlərinə yiyələnməsi və savadlı kadr kimi yetişməsi üçün lazımi şərait yaradılmışdır. Ali təhsil ocağı müasir texnologiyaya malik avadanlıqlarla təmin edilmiş,o cümlədən laboratoriyalar və mərkəzlər istifadəyə verilmişdir. Müasir tipli yataqxanaya müraciət edən tələbələrin sayında da artım olduğu qeyd edilmişdir. Rektor Yusif Yusibov onu da nəzərə çatdırmışdır ki, universitetdə innovasiya fəaliyyətinin dəstəklənməsi, tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, gələcəkdə isə elektron kitabxananın yaradılması tələbələrin daha fəal və şəffaf olaraq təhsilə cəlb edilməsinə xidmət göstərəcəkdir.
Yığıncaqda son zamanlar universitetdə təhsil alan tələbələrin dərslərə davamiyyətinin vəziyyəti, eləcə də texniki işçilərin və müəllim heyətinin əmək intizamı, açıq dərslərin gedişi geniş təhlil olunmuşdur.
Yığıncaqda ali təhsildə keyfiyyətin yüksəldilməsinə dair qarşıda duran vəzifələr də müzakirə edilmiş, bununla bağlı çıxışlar və təkliflər dinlənilmişdir. O cümlədən universitetin elmi işçilərinin növbəti attestasiyadan keçmələri üçün mövcud qayda və meyarlar şərh edilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.