Gəncə Dövlət Universitetində Akkreditasiya Komissiyasının tövsiyələrinin icrası ilə bağlı planlaşdırılan işlərə dair maarifləndirici görüş

     18 mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Akkreditasiya Komissiyasının tövsiyələrinə dair fəaliyyət planının icrası ilə bağlı maarifləndirici görüş keçirilib.

    İclasda universitetin rektoru Yusif Yusibov, prorektorlar, universitet üzrə   Akkreditasiya Komissiyası, operativ işçi qrupu, istiqamət rəhbərləri, komissiyaların  tərkibində yaradılan işçi və monitorinq qruplarının sədrləri və üzvləri,  fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

     Rektor Yusif Yusibov çıxış edərək bildirib ki, akkreditasiya komissiyasının tövsiyələrinin icrasını təmin etmək məqsədi ilə keçirilən iclaslar universitetin idarəetmə strukturunun, professor-müəllim heyətinin və tələbələrin prosesə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

      Rektor Akkreditasiya Komissiyası  tərəfindən verilən tövsiyələrin icrası ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər haqqında danışıb, görüləcək işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə müvafiq tapşırıqlar verib.  

       İnnovasiyalar Departamentinin direktoru,      operativ işçi qrupun rəhbəri Vasif Həsənov Akkreditasiya Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrası ilə bağlı görüləcək işlər və fəaliyyət planında göstərilmiş 7 istiqamət barədə geniş məlumat verib. Həyata keçiriləcək fəaliyyətlərin icrası,  akkreditasiya komissiyasının verdiyi tövsiyələr əsasında universitetin təhsil keyfiyyətinin artırılması, dərsliklərin və tədris proqramlarının təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafı və tədris metodlarının yenilənməsi kimi məsələlərdən ətraflı danışılıb. Akkreditasiya komissiyasının tövsiyələrinə əsasən, universitetin tədris mühiti, tələbə məmnuniyyəti və təhsil xidmətləri sahəsində konkret inkişaf istiqamətləri haqqında söhbət açılıb.

İclasda qarşıya çıxa biləcək çətinliklər, problemlər və onların həlli yolları müzakirə olunub, struktur və bölmə rəhbərlərin, monitorinq və işçi qrup sədrlərinin fikirləri dinlənilib.

Sonda mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.

   Qeyd edək ki, Təşkilat Komissiyasının iclasları silsilə şəklində davam edəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti