“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilmişdir
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya, Fiologiya və Xarici dillər fakültəsində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilmişdir.
Gəncə Dövlət Universitetinin Humanitar məsələr üzrə prorektoru,dosent Gülsüm Fətəliyeva çıxışında müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirmişdir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur. Prorektor Gülsüm Fətəliyeva qeyd etmişdir ki, Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü və bayram günü elan edilmişdir.
Tədbirdə fakültə dekanları çıxışında qeyd etmişdir ki, Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarmışdır. Tədbirdə dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti
.